Rəhimova Braziliya liqasının bombardiridir

İdman

26.12.2024 14:50

2788

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Braziliya liqasının ən effektli hücumçusudur.

TodayPress xəbər verir ki, “Osasko” klubunun üzvü çempionatın ən məhsuldar oyunçusudur. 

Polina uğurlu hücumlar üzrə 38,55 faiz göstərici ilə liderdir. “Praia”nın hücumçusu Karol Qattas (38,07%) məhsuldar oyun baxımından ikincidir. İlk üçlüyü isə "Minas"lı Taisa (36,9%) tamamlayır.

Qeyd edək ki, Polina Rəhimovanın şərəfini qoruduğu “Osasko” hazırda müntəzəm çempionatda 2-ci yerdədir.

Namiq HUN

tag: Azərbaycan ,Milli,Voleybol,Polina Rəhimova,Braziliya ,todaypress.az,