Rednik “Kəpəz”dən tələb etdi
“Kəpəz” klubu baş məşqçi dəyişikliyi etmək niyyətindədir.
TodayPress xəbər verir ki, Gəncə təmsilçisi yeni mövsüm üçün bu posta Mirça Redniki dəvət etməyi planlaşdırır.
Klub rəhbərliyi artıq rumıniyalı mütəxəssislə əlaqəyə keçib.
Rednik Azərbaycana qayıtmağa müsbət yanaşıb. O, hətta “Kəpəz”ə “gələrəm” də deyib. Amma əsas məsələ maliyyə şərtləridir.
Rednik yalnız nəzərdə tutduğu heyəti yığmaq üçün tələb olunan büdcənin ayrılacağı təqdirdə, Gəncə klubuna gəlməyə razıdır.
Qeyd edək ki, 63 yaşlı məşqçi ölkə xaricində “Əl-Nəsr”, “Əl-Faysali” (hər ikisi Səudiyyə Ərəbistanı), “Alaniya” (Rusiya), “Gent”, “Standart”, “Muskron” (hamısı Belçika) və “Xəzər Lənkəran”ı çalışdırıb.
(Apasport.az)
Namiq HUN
tag: Kəpəz,Mirça Rednik,Baş Məşqçi,Görüş,Todaypress.az,