“Red Bull” liderini itirə bilər

İdman

29.01.2025 12:56

2475

“Formula 1” üzrə “Red Bull” komandasının rəhbərlərindən biri Helmut Marko 2025-ci il mövsümündən sonra Maks Ferstappeni itirmək riski altında olduqlarını bildirib.   

TodayPress xəbər verir ki, funksioner çıxış yolunun yeni bolid olduğunu bildirib. 

“Biz Ferstappenə mövsüm ərzində kifayət qədər sürətli bolid verməliyik. Rəqabətədavamlı avtomobil olmadan Maksın “Red Bull”da qalması mümkün olmayacaq” Marko deyib. 

Qeyd edək ki, Maks Ferstappenin “Red Bull”la müqaviləsi 2028-ci ilə qədərdir. Lakin niderlandlı pilot hər an müqaviləsini ləğv edə bilər.   

Ferstappeni “Mercedes” və “Aston Martin” komandaları heyətdə görmək istəyir.   

Namiq HUN

tag: Formula1,Ərazi,Red Bull,Pilot,Todaypress.az,