"Red Bull" ikinci pilotunu tapdı
"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Red Bull" komandasında meksikalı Serxio Peresi əvəzləyəcək pilotun adına aydınlıq gəlib.
TodayPress komandanın mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni zelandiyalı Liam Louson Maks Ferstappenin komanda yoldaşı olacaq.
O, 2023-cü ildə “Alpha Tauri”nin heyətində debüt edib.
Qeyd edək ki, Serxio Peres ötən gün "Red Bull"la yollarını ayırdığını açıqlayıb.
Namiq HUN
tag: Formula 1,Red Bull,Serxio Peresi,Liam Louson Maks Ferstappe,todaypress.az,