“Red Bull” Ferstappeni saxlamağa çalışır
İdman
08.01.2025 14:40
Maks Ferstappen yeni mövsümdə rəqabətədavamlı avtomobil alsa, “Red Bull”u başqa komandaya dəyişməyəcək.
TodayPress xəbər verir ki, Avstriya təmsilçisinin rəhbəri Kristian Horner onun nə istədiyini bildiyini deyib.
“Ferstappenin istedadını nəzərə alsaq, o, hər Formula 1 komandasının istək siyahısındadır. Onunla maraqlanacaqları qaçılmazdır. Ancaq “Red Bull” ona düzgün avtomobili və komandada yaxşı ab-hava təqdim etdiyi müddətcə, onun başqa komandaya getməsinə səbəb görmürəm” Horner deyib.
Ferstappenə “Mercedes” və “Aston Martin” komandaları da maraq göstərir.
Qeyd edək ki, niderlandlı pilotun “Red Bull”a müqaviləsi 2028-ci il mövsümünün sonuna qədər qüvvədədir. Bununla belə Ferstappenin yeni texniki reqlamentlərin qüvvəyə mindiyi 2026-cı ildən əvvəl komandanı dəyişmək hüququ var.
Namiq HUN
tag: Red Bull, Komanda, Müqavilə, Horner, todaypress.az,