Rəcəbov Azərbaycan çempionatında iştirakını dayandırdı

İdman

13.02.2025 16:13

2858

Beynəlxalq qrossmeyster Teymur Rəcəbov səhhətində yaranan problemlə bağlı şahmat üzrə Azərbaycan çempionatında mübarizəni davam etdirməyəcək. 

TodayPress Şahmat Federasiyasına istinadən xəbər verir ki, Rəcəbov bununla bağlı yarışın Təşkilat Komitəsinə müraciət ünvanlayıb. 

Teymur sağlamlığında yaranan problemlə bağlı çempionatda 3-cü yer uğrunda oyunlarda iştirak etməyəcəyini bildirib və bunun üzürlü hesab edilməsini xahiş edib.   

Namiq HUN

tag: Teymur Rəcəbov,Şahmat,Qrossmeyster,Çempionat,Todaypress.az,