"Real"ın üzvü La Liqada noyabrın ən yaxşı oyunçusu seçildi
İspaniyanın "Real" (Madrid)
klubunun vinqeri Vinisius Junior La Liqada noyabrın ən yaxşı oyunçusu seçilib.
TodayPress xəbər verir ki, 24 yaşlı futbolçu ötən ay 2
oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Qeyd edək ki, braziliyalı oyunçu ümumilikdə cari mövsüm
ərzində 18 matçda meydana çıxıb. O, bu qarşılaşmalarda 12 dəfə fərqlənməyi
bacarıb.
tag: Real Madrid, Vinisius Junior La Liqada, Futbolçu, Braziliya, todaypress.az,