“Real”ın ulduzunu məsxərəyə qoydular

İdman

27.09.2024 16:36

"Real Madrid" klubunun və İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem kapuçinoya bal qatdığını deyib. 

TodayPress xəbər verir ki, bu barədə Madrid Xtra məlumat yayıb.

21 yaşlı futbolçu yeni futbol simulyatoru FC 25-in buraxılışına həsr olunan tədbirdə iştirak zaamnı özü haqqında qeyri-adi faktı paylaşıb.

“Mən kapuçino içəndə və bal əlavə edəndə məşqçim Karlo Ançelotti mənə təəccüblə baxır” Bellinqem deyib.

Qeyd edək ki, kapuçino, isti süd və çırpılmış süd köpüyü əlavə edilən espresso əsasında hazırlanan İtalyan qəhvə içkisidir. Dünyada kapuçinonun bir çox variantı var, o cümlədən bal əlavə edilənlər.

Bellinqem 2023-cü ilin yayında 103 milyon avroya Dortmund “Borussiya”sından “Real Madrid”ə transfer olunub. O, “kral klubu”nun heyətində bütün yarışlarda meydana çıxdığı 47 oyunda 23 qol vurub və 15 məhsuldar ötürmə edib. Cud “Los Blancos”la İspaniya çempionu və Çempionlar Liqasının qalibi olub.

Namiq HUN

tag: Real Madrid, İngiltərə,Karlo Ançelitto,Cud Bellinqem, Kapuçino ,Bal, todaypress.az,