“Real”ın ulduzu Avropa nəhənglərinin hədəfində
İdman
18.01.2025 16:00
“Real” futbol klubunun yarımmüdafiəçisi Brahim Diaz Madridi tərk edə bilər.
TodayPress “Fichajes”ə istinadən xəbər verir ki, “kral klubu”nda əsas oyunçuya çevrilə bilməyən futbolçu ilə “Liverpul”, “Bavariya” və Dortmund “Borussiya”sı maraqlanır.
Qeyd edək ki, 25 yaşlı ispaniyalı futbolçu cari mövsüm bütün yarışlarda 22 oyun keçirib. Onun aktivində 2 qol və 5 məhsuldar ötürmə var.
“Transfermarkt” portalında Brahim Diazın transfer dəyəri 35 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Real Madrid, Real, Futbol, İdman, Liverpul, Bavariya, Borussiya, todaypress.az,