“Real”ın təyyarəsində nasazlıq aşkarlandı
İdman
17.12.2024 14:57
“Real Madrid” futbol klubunu qitələrarası kubokun final oyunu üçün Qətərin paytaxtı Doha şəhərinə aparmalı olan təyyarədə problem aşkarlanıb.
TodayPress xarici mətbuata istinadən xəbər verir ki, təyyarənin və səfərin vaxtının dəyişdirilməsi qərara alınıb.
“Kral klubu” üçün yeni təyyarə ayrılıb. Texniki nasazlıq səbəbindən komandanın uçuşu 3 saat gecikib.
Qeyd edək ki, “Real Madrid” finalda Meksikanın “Paçuka” komandası ilə qarşılaşacaq.
Dekabrın 18-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Namiq HUN
tag: Real Madrid, Təyyarə, Nasazlıq, Komanda ,todaypress.az,