“Real”ın “sükan”ı ona həvalə olunacaq
“Real Madrid”ın baş məşqçi Karlo Ançelottini istefaya göndərəcəyi təqdirdə komandaya müvəqqəti olaraq kimin rəhbərlik edəcəyi məlum olub.
TodayPress “sport.es”ə istinadən xəbər verir ki, klub rəhbərliyi komandanı müvəqqəti olaraq Santyaqo Solariyə həvalə etmək niyyətindədir.
Solarinin artıq belə təcrübəsi var.
O, 2018-ci ildə Xulen Lopeteqi qovulduqdan sonra müvəqqəti olaraq komandaya rəhbərlik edib.
Santyaqo Solari əvəzedici tapılana qədər “Real Madrid”in sükanı arxasında qala bilər.
Qeyd edək ki, mətbuatda “kral klubunun” baş məşqçisi Karlo Ançelottinin aprelin 26-da “Barselona” ilə oynanılacaq Kral Kubokunun finalından sonra komandanı tərk edəcəyi xəbəri yayılıb.
Namiq HUN
tag: Real Madrid,Klub,Futbolçu,Məşqçi,Todaypress.az,