"Real"ın sabiq baş məşqçisi vəfat etdi

İdman

11.04.2025 05:34

8

İspaniyanın "Real" klubunun sabiq baş məşqçisi Leo Benhakker vəfat edib.

TodayPress xəbər verir ki, niderlandlı mütəxəssis 82 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, "Kral klubu" Benhakkerin rəhbərliyi altında ardıcıl üç dəfə (1987-1989) ölkə çempionu olub. Həmçinin Madrid təmsilçisi İspaniya Kubokunu və Superkubokunu qazanıb.

O, Niderland, Səudiyyə Ərəbistanı, Trinidad və Tobaqo və Polşa milli komandalarını çalışdırıb.

tag: Real, İspaniya,Leo Benhakker,Səudiyyə Ərəbistanı, Polşa,todaypress.az,