“Real”ın məşqində dava düşdü

İdman

15.04.2025 12:27

9

“Real Madrid” klubunun futbolçuları arasında məşq zamanı münaqişə yaşanıb. 

TodayPress xarici mətbuata istinadən xəbər verir ki, “kral klubu”nun futbolçuları Antonio Rudiger və Cud Bellinqem əlbəyaxa dava ediblər.

Onlardan biri ikitərəfli oyun zamanı çox sərt müdaxilə edib və bu hərəkət komanda yoldaşının xoşuna gəlməyib.

İddiaya görə, komandanın digər üzvləri yaranan münaqişə zamanı futbolçuları ayırıblar. Sonda onlar aralarındakı problemi həll edərək barışıblar.

Namiq HUN

tag: Real Madrid,Futbol,Dava,Məşq,todaypress.az,