"Real"ın Mbappe ilə müqaviləni elan edəcəyi vaxt açıqlandı
TodayPressxəbər verir ki, "Real Madrid" Mbappe ilə müqavilə imzaladığını iyunun 1-də UEFA Çempionlar Liqasının finalından sonra elan edəcək. “Kral klubu” 25 yaşlı futbolçunu transfer etdiyi xəbərini Dortmund “Borussiya”sı ilə “Uembli”də keçiriləcək həlledici qarşılaşmadan sonra açıqlamaq istəyir.
Mayın 10-da Mbappe, mövsümün sonunda “Paris Saint-Germain”dən ayrılacağını bildirib. Hücumçunun karyerasını "Real Madrid"də davam etdirəcəyi gözlənilir. Forvard artıq Madriddə 18 milyon avroya malikanə alıb.
Qeyd edək ki, Mbappe 2017-ci ildə 180 milyon avroya "Monako"dan PSJ-yə keçib. Forvard yeddi il ərzində Paris klubunda 307 oyuna çıxıb. O, bu görüşlərdə 256 qol vurub və 108 məhsuldar ötürmə edib.
Mbappe parislilərlə birlikdə altı dəfə Fransa çempionu titulunu qazanıb. O, üç dəfə Fransa kuboku və Superkubokuna, iki dəfə isə Liqa Kubokuna sahib çıxıb. (Sport.es)
tag: Mbappe, Real Madrid, UEFA, Football, İdman, Paris Saint-Germain, todaypress.az,