“Real”ın “Liverpul”a qarşı taktikası
İdman
27.11.2024 15:17
“Real Madrid” klubunun baş məşqçisi Karlo Ançelottinin Çempionlar Liqasının V turunun “Liverpul”la oyununda komandasını meydana 4-4-2 taktiki sxemi ilə çıxaracağı ehtimal edilir.
TodayPress “Relevo”ya istinadən xəbər verir ki, qərar braziliyalı vinger Vinisius Juniorun zədələnməsi ilə əlaqədardır.
İtaliyalı mütəxəssis Kilian Mbappe və Brahim Diazı hücumda oynatmağı planlaşdırır.
Yarımmüdafiəçi Arda Güler cinahlardan birində yer ala bilər.
Qeyd edək ki, Ançelottinin “Liverpul”a qarşı heyət seçimi xeyli məhduddur.
Vinisiusdan başqa, Rodriqo Qoes, Eder Militao, Daniel Karvaxal, Lukas Vaskes, David Alaba və Orelyen Çuameni də matçı buraxacaqlar.
Bu gün “Enfild” stadionunda baş tutacaq matçın start fiti saat 00:00-da veriləcək.
Namiq HUN
tag: Arda Güler, Kilian Mbappe, Hücum, Enfild, todaypress.az,