“Real”ın iki futbolçusu “Arsenal”a qarşı oynamaya bilər

İdman

06.04.2025 15:25

9

“Real Madrid”in müdafiə və yarımmüdafiə mövqeyində çıxış edən iki futbolçusu “Çempionlar Liqa”sının 1/4 finalında İngiltərənin “Arsenal”ına qarşı oynamaya bilər.

TodayPress xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano COPE-a istinadən bildirib.

Onun sözlərinə görə müdafiəçi Ferlan Mendi və mərkəz yarımmüdafiəçisi Dani Sebalyos “topçular”la mübarizə apara bilməyəcək.

Xatırladaq ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk iki qarşılaşması, o cümlədən “Arsenal” – “Real Madrid” matçı aprelin 8-də baş tutacaq.

tag: Real Madrid,Yarımmüdafiəçi,Futbol,Todaypress.az,