"Real"ın hücumçusu PSJ-nin təklifini rədd etdi
İdman
14.06.2024 10:40
Braziliya millisinin və "Real Madrid"in hücumçusu Rodriqo Qoes Fransanın "Paris Sen-Jermen" klubuna keçməkdən imtina edib.
TodayPress bildirir ki, PSJ rəhbərliyi Rodriqonu almaq imkanını ciddi şəkildə nəzərdən keçirir. Bununla bağlı futbolçunun özünə və hətta Florentino Peresə müraciət edib. Braziliyalı futbolçu parislilərin təklifini dərhal rədd edərək "Real Madrid"də qalacağını bildirib.
Bununla belə, “Real Madrid” Rodriqo üçün təklif olunan məbləğ 150 milyon avroya yaxın olarsa, onun transferini nəzərdən keçirməyə hazırdır.
Ötən mövsüm Rodriqo bütün yarışlarda 51 matçda iştirak edib, 17 qol vurub və 9 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Real, PSJ, Rodriqo Qoes, Paris, Brazilya, todaypress.az,