"Real"ın futbolçusu 2024-cü ildə meydana çıxa bilməyəcək
İspaniyanın "Real" (Madrid) klubunun
futbolçusu David Alabanın 2024-cü ildə meydana çıxmayacağı dəqiqləşib.
TodayPress "Relevo"ya istinadən xəbər verir ki, ön çarpaz bağı yırtılan müdafiəçinin oktyabrda sağalması gözlənilsə də, bərpa prosesi gecikib.
Avstriyalı futbolçu fərdi məşqlər etsə də, onun 2025-ci ilin yanvarında komandaya qoşulacağı məlum olub.
Qeyd edək ki, D.Alaba ötən mövsüm La Liqanın XVII turunda, "Vilyarreal" ilə matçda ciddi zədə almışdı.
tag: Futbol,İdman, Relevo, İspaniya, todaypress.az,