“Real”ın futbolçuları milli heyətdən kənarda qaldılar

İdman

09.11.2024 04:00

İspaniya yığma komandasının UEFA Millətlər Liqası matçları üçün heyəti açıqlanıb.

TodayPress xəbər verir ki, “Real Madrid” klubunun heç bir futbolçusu qarşıdakı oyunlara dəvət almayıb.

Baş məşqçi Luis de la Fuente “Atletik”dən Aytor Paredes, “Barselona”dan Mark Kasado və “Porto”dan Sem Omorodionu ilk dəfə milliyə çağırıb.

Qedy edək ki, İspaniya komandası noyabrın 15-də Danimarka ilə səfərdə, 3 gün sonra isə İsveçrə ilə evdə qarşılaşacaq.

Namiq HUN

tag: İspaniya, Real, Atletik, Danimarka,Luis de la Fuente, todaypress.az,