“Real”ın əfsanələri görüşdü

İdman

08.06.2024 17:16

Modriç Joze Mourinyo ilə gözoxşayan fotosunu paylaşıb. 

TodayPress xəbər verir ki, Xorvatiya millisinin və "Real Madrid" klubunun yarımmüdafiəçisi Luka Modriç qalaktikosun keçmiş baş məşqçisi Joze Mourinyo ilə görüşüb. 

“Sizi görməyə həmişə şadam, cənab! Həmişə minnətdaram! Xüsusi və real!” Modriç sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, xorvatiyalı futbolçu 2012-ci ildən "Real Madrid"də çıxış edir. Bu mövsüm Modriç “kral klubu”nun heyətində meydana çıxdığı 46 matçda, 2 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu “Real”la olan müqaviləsini 2025-cü ilin yayına qədər uzadıb. Transfermarkt portalında futbolçunun bazar dəyəri 8 milyon avro qiymətləndirilir. 

Namiq HUN

tag: Real, Modriç, Joze Mourinyo, Xorvatiya, todaypress.az,