“Real”ın azarkeşi irqçiliyə görə cərimələndi
İdman
30.11.2024 10:00
"Real Madrid" klubunun azyaşlı azarkeşi braziliyalı futbolçu Vinisius Juniora qarşı irqçi ifadələr səsləndirdiyinə görə cərimələnib.
TodayPress klubun rəsmi saytına istinadən xəbər verir ki, uşaq Vinisiusa məktub ünvanlayıb və orada baş verənlərə görə üzr istəyib.
Azyaşlı azarkeşin bir il müddətinə stadionlara getməsinə qadağa qoyulması və məhkəməyəqədər cərimə tətbiq edilməsi qərara alınıb.
Namiq HUN
tag: Real Madrid, Braziliya, Vinisius Junior,Stadion, Cərimə, todaypress.az,