"Real"ın aparıcı futbolçusu zədələndi
İdman
23.08.2024 16:25
TodayPress xəbər verir ki, Madrid təmsilçisinin yarımmüdafiəçisi Cud Bellinqemin sağ ayağının əzələsində problem aşkarlanıb.
Həkim müayinəsindən sonra ingiltərəli futbolçunun zədədən əziyyət çəkdiyi məlum olub.
“Kral klubu” Bellinqemin yaşıl meydanlara nə vaxt qayıdacağını açıqlamasa da, orta xətt oyunçusunun təxminən bir aydan sonra heyətə dönəcəyi gözlənilir.
Namiq HUN
tag: Madrid, Real, Kral Klubu,Cud Bellinqem, Zədə, todaypress.az,