“Real”ın 3 azarkeşi irqçiliyə görə saxlanıldı

İdman

23.11.2024 18:08

“Real Madrid” futbol klubunun üç azarkeşi saxlanılıb.

TodayPress xəbər verir ki, bu barədə İspaniya Milli Polisi məlumat yayıb.

Fanatlar La Liqanın XI turunda “Barselona”ya uduzduqları oyunda Kataloniya təmsilçisinin futbolçuları Lamin Yamal və Rafinyaya qarşı irqçilik etdikləri üçün tutulublar.

Qeyd edək ki, qarşılaşma “Real Madrid”in 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

Namiq HUN

tag: Real Madrid, Azarkeşlər, Barselona, Kataloniya, Lamin Yamal, todaypress.az,