“Real”dan ilk oyunda xal itkisi
İdman
19.08.2024 10:41
“Real Madrid” La Liqanın startında xal itirib.
TodayPress xəbər verir ki, son çempion "Malyorka"nın müqavimətini qıra bilməyib 1:1.
“İberostar” qarşılaşmasında “kral klubu”nun heyətində Rodriqo fərqlənib. Meydan sahiblərinin bərabərlik qolunu isə Vedat Muriqi vurub.
İndiyədək Madrid təmsilçisi 20 dəfə mövsümə bərabərliklə start verib. “Real” yalnız 5 dəfə sonda çempion olub.
Qeyd edək ki, belə nəticə 1931/32, 1985/86, 1988/89, 1996/97 və 2006/07 mövsümlərində qeydə alınıb. 2024/25 mövsümün sonunda çempionluğu “Real” bayram etsə, bu, 6-cı belə hadisə olacaq.
Namiq HUN
tag: Real Madrid, Kral Klubu, Rodriqo, İberostar, Malyorka, todaypress.az,