“Real”dan bir milyonluq yardım

İdman

01.11.2024 11:35

“Real Madrid” futbol klubu İspaniyada daşqından zərər çəkənlərə 1 milyon avro məbləğində ianə edib.

TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 

“Real” “Qırmızı Xaç”la birlikdə qurbanlar üçün ianə aksiyası başladığını da elan edib.

Qeyd edək ki, irimiqyaslı daşqınlar nəticəsində 150-dən çox insan həlak olub. Bəzi əraziləri su basdığı üçün yollar bağlanıb, elektrik və rabitə xətləri kəsilib, körpülər dağılıb.

Daha əvvəl İspaniya Kral Futbol Federasiyası noyabrın 2-də baş tutmalı olan “Valensiya” - “Real” oyunu da daxil olmaqla, La Liqa və Sequndanın 5 matçının təxirə salındığını açıqlayıb.

Namiq HUN

tag: Real, Yardım, Qırmızı Xaç, İspaniya, todaypress.az,