"Real"dan 73 il sonra maraqlı göstərici
“Real Madrid” 73 ildən
sonra maraqlı statistik göstəriciyə imza atıb.
TodayPress xəbər verir
ki, "Kral klubu"nun heyətində Kilian Mbappe ötən gün La Liqanın VI
turunda keçirilən "Espanyol"la matçda (4:1) penalti zərbəsini dəqiq
yerinə yetirib.
Bununla da paytaxt təmsilçisi
ilk altı turda 5-ci dəfə onbirmetrlik cərimə zərbəsindən fərqlənib.
Madridlilərin tarixində
sonuncu dəfə belə hadisə 1951-ci ildə baş vermişdi.
tag: Real Madrid, İspaniya, Kral Klubu,La Liqa,Espanyol,Kilian Mbappe,todaypress.az,