“Real”da "yarpaq tökümü"
“Real Madrid” klubunun 6 futbolçusu “Arsenal”a qarşı UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununu buraxacaq.
TodayPress xəbər verir ki, “kral klubu”nun qolkiperi Andrey Luninlə yanaşı, Dani Karvahal, Dani Sebalyos, Ferlan Mendi və Eder Militao zədəlidir.
Orelyen Çuameni isə cəzalı olduğuna görə “Emireyts” stadionuna çıxmayacaq.
Qeyd edək ki, “Arsenal” – “Real Madrid” matçı aprelin 8-də keçiriləcək.
Namiq HUN
tag: Real Madrid,Futbol,Zədə,MAtç,Todaypress.az,