“Real”da narazılıq dalğası artmaqdadır

İdman

13.09.2024 09:25

"Real"ın rəhbərliyi bəzi futbolçuların meydana az çıxdığına görə narahatdır.

TodayPress xəbər verir ki, Endrik, Arda Güler, Braim Dias, Orelyen Tçuameni və Kamavinqa kimi oyunçular mövsümün startında çox az şans qazanıb. 

Bu amil gələcəkdə komandada narazılıq yarada bilər. Klub rəhbərliyi baş məşqçi Karlo Ançelottinin gənc ulduzların məsələsində ideal formul tapacağına ümid edir.

Namiq HUN

tag: Real, Endrik ,Arda Güler ,Klub, Orelyen Tçuameni, Məşqçi, todaypress.az,