"Real"da Mbappe qorxusu

İdman

01.06.2024 22:01

"Real Madrid" futbol klubunun bəzi əməkdaşları hücumçu Kilian Mbappenin komandadakı hazırkı atmosferə mənfi təsir edəcəyindən narahatdırlar.

TodayPress xəbər verir ki, “Los Blancos” əməkdaşları Mbappenin kluba gəlməmişdən əvvəl kuboklar qazanan komandaya uyğunlaşa bilməyəcəyindən qorxurlar. Fransalı forvard klubda ən yüksək maaş alacaq.

Qeyd edək ki, Mbappe mayın 10-da 2023/24-cü illər mövsümü başa çatdıqdan sonra PSJ-dən ayrılacağını rəsmən açıqlayıb. Müqavilə müddəti iyunun 30-da bitdiyindən forvard azad agent kimi Fransa klubundan ayrılıb. O, 2017-ci ildən PSJ-də çıxış edib. Kilian Mbappe daha əvvəl Monakonun rənglərini qoruyub. Forvard qışda “Real”a keçməyə qərar verib.

Artıq internetdə "Santyaqo Bernabeu"da fransalı forvardın təsviri olan yaylıqlar satılmağa başlayıb. Ancaq futbolçunun keçidi hələ rəsmi olaraq açıqlanmayıb. Bunun iyun ayında reallaşacağı gözlənilir.


Namiq HUN

tag: Real,PSJ,Fransa,Mbappe,TodayPress,Kilian Mbappe,