“Real”da ciddi itki
“Real Madrid” klubu İspaniya kubokunun finalında yarımmüdafiəçisi Eduardo Kamavinqanın bacarığından faydalana bilməyəcək.
TodayPress “Diario AS”a istinadən xəbər verir ki, fransalı futbolçuya körpü əzələsinin qopması diaqnozu qoyulub.
Bu səbəbdən o, “Barselona” klubuna qarşı ölkə kubokunun final matçını buraxacaq.
22 yaşlı futbolçu cari mövsüm 34 matçda iştirak edib, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Barselona” və “Real Madrid” klubları arasında final görüşü aprelin 26-da keçiriləcək.
Namiq HUN
tag: Real Madrid,Eduardo Kamavinqa,Zədə,Klub,Todaypress.az,