"Real"da bütün penaltiləri Vinisius vuracaq

İdman

07.08.2024 11:50

"Real Madrid" klubunun məşqçilər korpusu yeni mövsüm üçün penalti vuracaq futbolçu ilə bağlı qərar qəbul edib. 

TodayPress xəbər verir ki, yeni mövsümdə "kral klubu"nun penalti vuran oyunçusu braziliyalı hücumçu Vinisius Junior olacaq.

Qeyd edək ki, forvard ötən mövsüm bütün turnirlərdə 39 matçda iştirak edib. O, bu oyunlarda 24 qol vurub və 11 məhsuldar ötürmə edib. 

Klubla 2027-ci ilin yayına kimi müqaviləsi olan Vinisiusun hazırki bazar dəyəri 180 milyon avrodur.

Namiq HUN

tag: Real Madrid, Vinisius, Müqavilə, Penalti,Braziliya, todaypress.az,