"Real"da bir sıra dəyişikliklər ediləcək
İdman
10.10.2024 18:10
“Real Madrid”in gənclər komandasının baş məşqçisi Raul mövsümün sonunda vəzifəsini tərk edəcək.
TodayPress "Marca"ya istinadən xəbər verir ki, onu klubun sabiq müdafiəçisi, hazırda Madrid təmsilçisinin U-19 komandasını çalışdıran Alvaro Arbeloa əvəz edəcək.
Raul klubda başqa vəzifəni tutacaq. 48 yaşlı mütəxəssis əsas komandanın baş məşqçisi Karlo Ançelottinin texniki heyətində yer alacaq.
Qeyd edək ki, Raul 2019-cu ildən "Real"ın gənclərdən ibarət komandasına rəhbərlik edir.
Namiq HUN
tag: Real Madrid,Raul,U-19,Alvaro Arbeloa,arlo Ançelotti,todaypress.az,