“Real” Vinisiusla yeni müqavilə bağlayacaq
İdman
28.12.2024 14:28
“Real Madrid” klubu futbolçusu Vinisius Juniorla bağlı qərarını verib.
TodayPress AS nəşrinə istinadən xəbər verir ki, “kral klubu” braziliyalı hücumçusunu komandada saxlamaq istəyir.
Klub rəhbərliyi 2025-ci ilin yayında Vinisius ilə yeni müqavilə bağlayacaq. Klub əsas oyunçusunu itirmək riskindən qorunmaq üçün belə bir addım atacaq.
Səudiyyə Ərəbistanı klubları Vinisiusa ciddi maraq göstərir.
Qeyd edək ki, 24 yaşlı futbolçu cari mövsüm bütün turnirlərdə 20 matça çıxıb, 13 qol vurub və 9 qolun ötürməsini verib.
Vinisius Juniorun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Namiq HUN
tag: Vinisus, Turnir ,Matç ,Futbolçu, Klub ,todaypress.az,