“Real” Vinisiusla bağlı mövqeyini açıqladı
“Real Madrid” klubunun rəhbərliyi braziliyalı hücumçu Vinisius Juniorun Səudiyyə Ərəbistanına mümkün transferi ilə bağlı yayılan məlumatları şərh edib.
TodayPress İspaniyanın “Relevo” nəşrinə istinadən xəbər verir ki, “kral klubu” mediada yayılan xəbərlərdən narahatdır.
Bildirilib ki, Vinisiusun “Real” ilə müqaviləsi 2027-ci ilə qədərdir.
Daha əvvəl Vinisius Juniorun “Real” ilə anlaşmanı uzatmaqdan imtina etməsi və Səudiyyə Ərəbistanı klublarının forvarda transfer marağı ilə bağlı məlumatlar yayılıb.
“Real” Vinisius Juniorla müqaviləni uzatmaq istəyir, ancaq hələlik yeni anlaşma ilə bağlı razılığa gələ bilməyib. 24 yaşlı forvard La liqanın cari mövsümündə meydana çıxdığı 17 oyunda 8 qol vurub və 5 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Vinisius , Real, İspaniya, Çempionat, Liqa,Todaypress.az,