“Real” Vaskeslə vidalaşacaq?

İdman

25.12.2024 18:35

“Real Madrid” klubu Lukas Vaskeslə yollarını ayıra bilər.

TodayPress "Fichajes" nəşrinə istinadən xəbər verir ki, “Sevilya” vingerlə maraqlanır. 

33 yaşlı futbolçunun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti mövsümün sonunda bitdiyi üçün yanvarda başqa klubla danışıqlara başlaya bilər.

Qeyd edək ki, “Real”ın yetirməsi olan Lukas Vaskes 2015-ci ildə əsas heyətə cəlb edilib. O, “kral klubu”nun heyətində 371 oyun keçirib.

Namiq HUN

tag: Sevilya, Müddət ,Təmsilçi,Mövsüm ,todaypress.az,