“Real” təcrübəli futbolçusunu itirdi
Real Madrid” klubunun futbolçusu Luka Modriç virusa yoluxub.
TodayPress xəbər verir ki, bu barədə “kral klubu”nun mətbuat xidməti məlumat yayıb.
Xorvatiyalı futbolçu bu səbəbdən komandasının İspaniya Superkubokunun yarımfinalında "Malyorka"ya qarşı keçirəcəyi matçda iştirak etməyəcək.
Qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən “King Abdullah Sports City” stadionunda baş tutacaq “Real Madrid” – “Malyorka” görüşü saat 23:00-da başlayacaq.
Namiq HUN
tag: Komanda ,Real ,Luka Mordiç ,Superkubok ,todaypress.az,