“Real” sosial şəbəkələrdə ilkə imza atdı

İdman

29.10.2024 11:51

”Real” sosial şəbəkələrdə 600 milyon izləyiciyə çatan ilk klub olub.

TodayPress xəbər verir ki, klubun mətbuat xidməti məlumat yayıb.

Madrid təmsilçisi futbol, basketbol, ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionu və digər kateqoriyalarla bağlı müxtəlif platformalarda 37 hesablarının olduğunu açıqlayıb. 

Səhifələrin 7 dildə fəaliyyət göstərdiyi bildirilib.

Namiq HUN

tag: Real, Madrid,Santyaqo Bernabeu,Platforma, todaypress.az,