“Real” Rodriqo ilə vidalaşır?

İdman

29.04.2025 17:27

51

“Real Madrid” klubu yay transferində futbolçusu Rodriqo ilə yollarını ayıra bilər.   

TodayPress “El Chiringuito TV”yə istinadən xəbər verir ki, “kral klubu” vinger üçün yaxşı təklif gələcəyi təqdirdə onunla vidalaşacaq.   

24 yaşlı braziliyalı futbolçunun ümidləri doğrultmadığı bildirilib. 

Rodriqo 2019-cu ildən “Real”da top qovur.

O, meydana çıxdığı 267 oyunda 68 qol vurub və 50 məhsuldar ötürmə edib.   

Namiq HUN

tag: Real Madrid,Rodriqo,Transfer,Klub,Todaypress.az,