“Real” qış transfer planını açıqladı

İdman

24.12.2024 11:01

“Real Madrid” klubu “Liverpul”un iki aparıcı futbolçusunu yay transfer dönəmində azad agent kimi heyətinə qatmaq istəyir.

TodayPress “Defensa Central” nəşrinə istinadən xəbər verir ki, İspaniya çempionu yanvarda mersisaydlıların kapitanı Trent Aleksander-Arnold və vitse-kapitan Vircil van Deykla danışıqlar aparmaq niyyətindədir.

Qeyd edək ki, hər iki futbolçunun “Liverpul"la hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq. Onlar yanvarın 1-dən digər klublarla danışıq aparmaq ixtiyarına sahibdirlər.

Namiq HUN

tag: Real, Futbol, Liqa, Yay ,todaypress.az,