“Real” müdafiəçisini itirdi

İdman

29.04.2025 17:08

5

“Real Madrid” klubunun almaniyalı futbolçusu Antonio Rudiger zədə səbəbindən cari mövsümün qalan hissəsini buraxacaq.   

TodayPress xəbər verir ki, o, “Barselona” ilə Kral Kubokunun final matçında (2:3) dizindəki zədə səbəbindən əvəzlənib. 

Antonio Rudiger artıq əməliyyat olunub. Futbolçunun sağalma müddəti 6-8 həftə aralığında davam edəcək. 

Namiq HUN

tag: Real Madrid,Antonio Rudiqer,Zədə,Oyun,Todaypress.az,