"Real" müdafiəçisi ilə yeni müqavilə bağladı

İdman

25.07.2024 13:30

"Real Madrid" klubu fransalı futbolçusu Ferlan Mendi ilə yeni müqavilə bağlayıb.

TodayPress xəbər verir ki, “Kral klubu” müdafiəçi ilə müqavilənin müddəti 2027-ci ilə qədər uzadıb.

2019-cu ildən “Los Blancos”a keçən Mendinin klubla müqaviləsinin müddəti 2025-ci ilə qədər nəzərdə tutulmuşdu.

Qeyd edək ki, 29 yaşlı futbolçu son mövsüm "Real"ın heyətində meydana çıxdığı 37 oyunda 1 qol vurub.

Namiq HUN

tag: Real Madrid,Ferlan Mendi, Futbol, Transfer, todaypress.az,