“Real” müdafiəçisi ilə vidalaşacaq

İdman

24.04.2025 17:19

10

“Real Madrid” klubunun futbolçusu Xesus Valyexo mövsümün sonunda  “Rayo Valyekano”ya keçəcək.   

TodayPress xarici mətbuata istinadən xəbər verir ki, 28 yaşlı futbolçu “kral klubu”nun gələcək planlarına daxil deyil. 

Valyexo 2015-ci ildə “Real Madrid”ə qoşulub.

O, daha çox müxtəlif klublarda icarə əsasında oynayıb. 

Qeyd edək ki, Xesus cari mövsüm “Real”ın heyətində cəmi 1 oyunda meydana çıxıb.   

Namiq HUN

tag: Real Madrid,Xesus Valyexo,Klub,Oyun,Todaypress.az,