“Real” milyardı keçdi
İdman
23.01.2025 17:38
“Real Madrid” mövsümlük gəliri 1 milyard avronu keçən ilk klub olub.
TodayPress xəbər verir ki, “Deloitte” audit şirkəti dünya klublarının 2023/24 mövsümündəki gəlirləri ilə bağlı hesabat tərtib edib.
Ardıcıl ikinci dəfə siyahının lideri olan İspaniya nəhənginin gəlirləri 1,046 milyarda çatıb.
“Real” bununla da futbol tarixində 1 milyard səddini keçən ilk klub olub.
Gəlirin 483 milyonu kommersiya, 316 milyonu yayımın, 248 milyonu isə oyun gününün payına düşür.
Qeyd edək ki, “kral klubu” 2023/24 mövsümündə Çempionlar Liqası və La Liqanın qalibi olub.
Namiq HUN
tag: Real Madrid,Milyard,İspaniya ,Gəlir,Futbol,todaypress.az,