“Real” Milad tədbirində bir araya gəldi
İdman
14.12.2024 17:08
“Real Madrid” klubunun futbol və basketbol üzrə kişi və qadın komandaları “Ciudad Real Madrid” basketbol pavilyonunda keçirilən Milad naharına dəvət alıblar.
TodayPress xəbər verir ki, klubun fəxri prezidenti Xose Martinez Pirri və İdarə Heyəti üzvlərinin də iştirak etdiyi tədbirə Florentino Peres rəhbərlik edib.
“Real”ın fransalı futbolçusu Kilian Mbappe qripə yoluxduğu üçün Milad tədbirində iştirak edə bilməyib.
Namiq HUN
tag: Real ,Klub, Real Madrid, Milad, todaypress.az,