“Real Madrid”in büdcəsi açıqlandı
İdman
08.11.2024 16:10
“Real Madrid” klubunun son maliyyə ilində xalis mənfəəti əvvəlki ilin mənfəətini 4 milyon üstələyərək 16 milyon avro təşkil edib.
TodayPress “Marca”ya istinadən xəbər verir ki, ümumilikdə “kral klubu” 1.073 milyard avro qazanıb ki, bu da 2022/23 mövsümündəki qazancdan 230 milyon çoxdur.
“Real” futbolçulara üç turnirdə qalib gəldikləri üçün bonus olaraq 40 milyon avro ödəyib.
Qeyd edək ki, İspaniya çempionunun cari mövsüm üçün büdcəsi 1,127 milyard avrodur.
Komanda xərcləri ötən mövsümlə müqayisədə 504 milyondan 482 milyona qədər azalıb.
Madrid təmsilçisinin marketinq xərcləri əhəmiyyətli dərəcədə artıb – 340 milyondan 426 milyona.
Xatırladaq ki, 2023/24 mövsümündə “Real” İspaniya Superkubokunu, La Liqanı və Çempionlar Liqasını qazanıb.
Namiq HUN
tag: Real Madrid, Büdcə, Liqa, Çempionlar, İspaniya, todaypress.az,