"Real Madrid"də ayın ən yaxşı oyunçusu bəlli oldu
İdman
31.12.2024 15:05
"Real Madrid"in hücumçusu Kilian Mbappe komandasının heyətində dekabr ayının ən yaxşı oyunçusu seçilib.
TodayPress xəbər verir ki, bu barədə "Real Madrid"in rəsmi sosial şəbəkə hesabında paylaşım edilib.
Dekabrda Mbappe bütün turnirlərdə keçirilən 6 oyundan 5-də qol vurub.
Ümumilikdə, o, bu mövsüm bütün turnirlərdə 11 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
tag: Real Madrid,Kilian Mbappe,Komanda,Qol,Ən yaxşı,todaypress.az,