“Real Madrid” tarix yazdı
İdman
02.06.2024 13:18
İspaniya çempionu tarixində ilk dəfə Çempionlar Liqasında bir mövsümdə heç bir matçda məğlub olmadı. TodayPress xəbər verir ki, Madrid klubu iyunun 1-də Çempionlar Liqasının finalında Dortmund “Borussiya”sına qalib gəlib (2:0). Bu turnirdə madridlilər 13 oyunda 9 qələbə qazanıb, 4 dəfə heç-heçə edib.
Bundan başqa, “Real Madrid” kuboku məğlubiyyətsiz qazanan ikinci İspaniya komandasıdır. İlk belə göstəriciyə 2005/2006 mövsümündə "Barselona" klubu nail olub.
Namiq HUN
tag: Real Madrid,Çempionlar Liqası,Borussiya, İdman,Football, todaypress.az,