"Real Madrid” rekord müəyyən etdi
İdman
24.07.2024 09:29
Futbol üzrə İspaniya çempionu illik gəlirinə görə rekord məbləğə çatıb.
TodayPress xəbər verir ki, "Kral klubu" oyunçu satışından gələn məbləğ istisna olmaqla ötən mövsüm 1 milyard 73 milyon avro qazanc əldə edib.
“Real” klubunun xalis gəliri 16 milyon avro təşkil edib.
Qeyd edək ki, “Los Blancos” ötən mövsüm Karlo Ançelottinin rəhbərliyi altında UEFA Çempionlar Liqası, İspaniya La Liqası və İspaniya Superkubokunun qalibi olub.
Namiq HUN
tag: Real Madrid, İspaniya, Kral Klubu, UEFA, Los Blancos, todaypress.az,