“Real Madrid” liderliyə yüksəldi
İdman
20.01.2025 10:28
İspaniya La Liqasının XX turu “Real Madrid” klubu üçün əlamətdar olub.
TodayPress xəbər verir ki, “kral klubu” doğma meydanda “Las Palmas”a 4:1 hesabı ilə qalib gəlib.
“Real”ın heyətində Kilian Mbappenin dubl etdiyi oyunda Brahim Diaz və Rodriqo fərqləiblər. Nəticədə xallarını 46-ya çatdıran “Real Madrid” La Liqada liderliyə yüksəlib.
Namiq HUN
tag: İspaniya La Liqa,XX tur,Real Madrid,Las Palmas,Todaypress.az,