"Real Madrid" futbolçusunu itirdi

İdman

02.09.2024 16:30

Yarımmüdafiəçi Dani Sebalyos xəstəxanaya yerləşdirilib.

TodayPress xəbər verir ki, ispaniyalı futbolçu 2 ay oynamayacaq. 

Sebalyosun sağ topuq nahiyəsində 3-cü dərəcəli burxulma aşkarlanıb. Daninin 6-8 həftə meydanlardan kənar qalacağı bildirilib. 

Qeyd edək ki, yarımmüdafiəçi La Liqanın son turunda "Betis"lə oyunda zədələnib.

Namiq HUN

tag: Yarımmüdafiəçi Dani Sebalyos, Xəstəxana, Meydan, La Liqa ,Betis, Zədə, todaypress.az,